WhatsApp Business messenceri istifadəyə verildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“WhatsApp” şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni “WhatsApp Business” messencerini istifadəyə verib. Bu barədə şirkətin bloqunda deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni proqramda istifadəçilər biznes profilinin yaradılması funksiyasından yararlana biləcəklər. Müştərilər profildən istifadə etməklə şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında məlumat əldə edəcəklər. Akkaunt “biznes hesabı” kimi qeyd ediləcək, telefon nömrəsi yoxlanıldıqdan sonra isə “yoxlanılmış biznes akkauntu” kimi göstəriləcək.

“WhatsApp Business” əlavəsində, həmçinin statistika təqdim olunacaq. Məsələn, akkaunt istifadəçisi müxtəlif ünsiyyət üsullarının məhsuldarlığının qiymətləndirilməsi üçün oxunan məlumatların sayı haqqında informasiya ilə tanış ola biləcək.

Bundan başqa, əlavədə bildirişləri idarə etmək, eləcə də bir neçə qrupa bölmək mümkün olacaq.

Hazırda İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ-da yüklənilən “Android” əməliyyat sistemi üçün nəzərdə tutulan əlavənin yaxın həftələr ərzində başqa ölkələrdə istifadəyə veriləcəyi gözlənilir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp