Vaşinqtonda 20 Yanvar şəhidləri anıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Vaşinqtonda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Milli.Az Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfirlikdə baş tutan tədbirdə Vaşinqton şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediv.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar qanlı hadisəsi zamanı əliyalın mülki əhaliyə Sovet ordusunun silah tətbiq etdiyini, xalqımızın çoxsaylı oğul və qızlarının şəhid olduğunu, bu tarixin xalqımızın yaddaşında bir faciə kimi əks olunduğunu söyləyib.

Eyni zamanda səfir bu faciənin xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirdiyini və milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda, E.Süleymanov Ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün həmin taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlığını misal gətirib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstək olduğunu, habelə Azərbaycan xalqının müstəqillik yolunda qərarlı olmasının göstəricisi kimi qiymətləndirib. Səfir vurğulayıb ki, hər il hüznlə qeyd edilən 20 Yanvar faciəsi eyni zamanda ölkəmizin müstəqilliyinin böyük qurbanlar bahasına əldə edildiyini xatırladır və bunun daha da möhkəmləndirilməsi uğrunda bütün soydaşlarımızın sıx birləşməsi və birgə səylərinin vacibliyini göstərir.

Daha sonra mərasimdə iştirak edən digər şəxslər də öz fikirləri ilə bölüşmüşdür. Azərbaycanın ABŞ-dakı icmasının fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin hər bir soydaşımız üçün kədər günü olduğunu qeyd edib, həmin bu qanlı hadisənin təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılmasında ABŞ-dakı soydaşlarımızın gördüyü işləri xatırladıb. O, bu qanlı hadisənin milli oyanışımız və həmrəyliyimiz yolunda mühüm amil olduğunu vurğulayıb.

Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilmiş və onların ruhuna ehsan verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp