“Uber”də böyük səhm satışı – 9,3 MİLYARD DOLLAR



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Uber” online taksi sifarişi xidmətinin səhmdarları 9,3 milyard dollar dəyərində səhm satışı həyata keçiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səhm paketinin satışı nəticəsində Yaponiya telekommunikasiya korporasiyası “SoftBank” “Uber”in iri səhmdarına çevrilib. Səhm alanlar arasında “Dragoneer”, TPG və “Sequoia Capital” da var.

 

Səhmlərini satanlar arasında “Uber”in sabiq baş direktoru, ötən ilin yayında bu vəzifədən istefaya getmiş Trevis Kalanik də olub. Onun 1,4 milyard dollarlıq səhm paketi satdığı bildirilir. Nəticədə “Forbes” Kalanikin sərvətini 4,8 milyard dollar həcmində qiymətləndirib.

 

Alqı-satqı barədə danışıqlar çətin keçib. Hansısa məqamda “SoftBank” baş direktoru Masaesi Son bildirib ki, sövdələşmə baş tutmasa, “Uber”in rəqibi “Lyft”ə sərmayə qoyacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp