Türkiyədə ağır yol qəzası: 13 ölü, 42 yaralı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Milliyet-ə istinadla xəbər verir ki, Ankaradan Bursaya gedən sərnişin avtobusu Eskişehirdə yoldan çıxaraq ağaclara çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 13 nəfər həyatını itirib, 42 nəfər isə ağır vəziyyətdə xəstəxanadadır.
Bəxtiyar Umarlı
Milli.Az