Türkiyə Afrini bombalayır – YENİLƏNİB



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

20:16

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın şimal-qərbində yerləşən və kürd terrorçuların nəzarəti altında olan Afrin şəhərində keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, “Zeytun budağı” adı alan əməliyyat yerli vaxtla saat 17:00-da başlayıb.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb. 

Əməliyyata Suriya müxalifətinin bölmələri cəlb olunub. Onları Türkiyə ordusu dəstəkləyir.

20:04

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri Türkiyə Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib. Onlar Türkiyə-Suriya sərhəddində cəmləşmiş PYD terrorçularının mövqelərinə aviazərbələr endirib.

Azad Suriya Ordusunun bölmələrinində Afrinə doğru hərəkət etdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp