“Trabzonspor” çexiyalı müdafiəçi transfer edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan “Trabzonspor” heyətini gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, “bordo mavililər” çexiyalı müdafiəçi Filip Novakı transfer edib. Onunla 2.5 illik müqavilə imzalanıb.

“Bu müqavilə iki tərəf üçün də xeyirli olacaq. Komandanın Avrokuboklarda oynaya bilməsi üçün əlimdən gələni edəcəm. Ümid edirəm, böyük uğurlar qazanarıq. “Trabzonspor”dan təklif alanda vaxtilə burda oynamş Ondrey Çelustka ilə məsləhətləşdim. Şəhər və komanda ilə bağlı gözəl sözlər dedi. Ən birinci azarkeşlər haqqında öyrəndim.Onların Türkiyədə ən yaxşı fanat qrupu və çılğın olduqlarını bildim. Klubda 4 slovak var. Onlarla, demək olar ki, eyni dildə danışırıq. Adaptasiya baxımından çətinlik çəkməyəcəm. Daha öncə 7 və 77 nömrəli forma geymişəm. Bu səbəbdən “Trabzonspor”da 77 nömrəni seçdim. 7 mənim uğurlu rəqəmimdir. Ümid edirəm, komandanın aparıcı üzvlərindən çox şey öyrənəcəm, onlar da məni tanyacaq. “Trabzonspor” qarşısına yüksək hədəflər qoyan klubdur” – Novak deyib.

26 yaşlı müdafiəçi Danimarkanın “Midtyulland” klubundan transfer olunub. Qara dənizlilər bu keçidə görə 2 milyon avro xərcləyib. Novakın illik məvacibi 1.1 milyon avro olacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp