Süni intellektli Samsung prosessoru buraxılacaq



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Samsung” şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə “Korea Herald” nəşri şirkətdaxili mənbələrə istinadən məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni “Samsung” prosessoru gücünə görə “Apple” və “Huawei” çipləri ilə rəqabət apara biləcək.

Xatırladaq ki, “Apple” və “Huawei” şirkətləri müvafiq olaraq “A11 Bionic” və “Kirin 970” prosessorlarından istifadə edirlər. Onlar smartfona informasiyanın “bulud” saxlancından kənar analizinə, emalına və saxlanılmasına imkan verir.

Süni intellekt sahəsində geri qalmasını anlayan Cənubi Koreya istehsalçısı bu il rəqiblərə çatacağına ümid edir.

Yeni çiplə Barselonada keçiriləcək “MWC 2018” sərgisində nümayiş olunacaq qabaqcıl “Galaxy S9” və “S9+” smartfon modellərinin təchiz ediləcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp