Salyan sakinindən 3 kiloqramdan çox narkotik tapıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyan polisi rayon sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp