Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirinin vahid lideridir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirində vahid liderə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirinin 6-cı turu çərçivəsində hindistanlı Adhiban Başkaranı üstələyib – 1:0.

Nəticədə Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 – 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp