“Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik”. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.  

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər: “Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvar tarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp