Roma papasını aparan avtomobilin təkəri deşildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Roma Papası I Fransiskin Cənub Amerika səfəri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün Papanın Peruya səfəri başlayıb.

Səfərin ilk günündə Roma papası paytaxt Limada Prezident sarayına gedib.

Saraya 3-4 kilometrlik məsafədə Fransiski aparan avtomobilin təkəri deşilib. Papanın Prezident sarayına çatdırılması üçün onun avtomobili qısa müddət ərzində dəyişdirilib.

Roma papası Limada görüşlər keçirdikdən sonra Truxilyo şəhərinə gedib. O, burada ötən il sürüşmə və daşqınlardan əziyyət çəkmiş hindu sakinlərlə görüşəcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp