Qəribə hadisə – Polis qardan düzəldilən “avtomobil”ə cərimə yazdı
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Kanadada qəribə və gülməli hadisə baş verib.
Milli.Az Boredpanda-ya istinadla xəbər verir ki, Montrealda yaşayan Simon Laprise adlı şəxs yolun qırağındakı qarı təmizləmək və əylənmək məqsədi ilə qardan avtomobil düzəldib.
Lakin Kanada polisi həmin avtomobilə cərimə yazıb. Cərimədə qeyd olunub ki, avtomobil yanlış yerə park edilib.
Polis bu hərəkəti ilə sosial şəbəkə izləyicilərinin dilinə düşüb.
Milli.Az maraqlı görüntüləri təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində