Onu qaçıran şəxsin kimliyini görən qız həyatının şokunu yaşadı – O anlar kamerada – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstanbulun Levent rayonunda böyük qardaşı və dostu tərəfindən günorta vaxtı zorla bir cipə mindirilərək qaçırılan 20 yaşlı gənc qız polis əməkdaşları tərəfindən saxlanıldığı binaya edilən basqın sonrası xilas edilib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dövlət tərəfindən himayəyə götürülərək sığınacağa yerləşdirilən gənc qızın qaçırıldığı o anlar təhlükəsizlik kameralarına anbaan düşüb.

Olay çərşənbə axşamı günü saat 14:20 radələrində baş verib.  Hadisə Beşiktaşdakı bir AVM-nin önündə qeydə alınıb. Adıyamanda yaşadığı üzə çıxan 20 yaşlı Esra G. ailəsiylə arasında baş verən problemlər səbəbindən evdən qaçaraq İstanbula gəlib. Həmin gün rəfiqəsi ilə AVM-nin önündə görüş təyin edən gənc qız rəfiqəsini gözlədiyi zaman yanında bir avtomobil saxlayıb. Qız rəfiqəsini gözlədiyi zaman maşından enən böyük qardaşı Mehmet G. və dostu Mesut G.-ni görüncə şok olub. Böyük qardaşı və onun dostu tərəfindən zorla maşına mindirilən gənc qız qaçırılaraq Sultanqazidə bir evə aparılıb. 

Evin yerini müəyyən edən polislər qızı xilas edib, qardaşı və onun dostunu isə nəzarətə götürüblər.

Gənc qız sığınacağa yerləşdirilib. Esra onu qaçıranlardan şikayətçi olmayınca, qardaşı və dostu sərbəst buraxılıb. 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Onu qaçıran şəxslərin kimliyini görən qız həyatının şokunu yaşadı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp