Nyu-Yorkda S5+1 formatında görüş keçirilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Nyu-Yorkda Mərkəzi Asiya ölkələri və ABŞ xarici işlər nazirlərinin S5+1 formatında görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi və ABŞ Dövlət katibinin müavini iştirak edib.

Qeyd edək ki, S5+1 formatı Mərkəzi Asiya ölkələri və ABŞ tərəfindən 2015-ci ilin sentyabrında yaradılıb.

Milli.Az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp