Moldova millisi Azərbaycan yığmasının oyununu öyrənməyə vaxt tapmır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Moldova milli komandasının debütantları Radu Roqak və Valeri Makritski Türkiyənin Antalya bölgəsində Cənubi Koreya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, hazırda Özbəkistanın “Dinamo” (Səmərqənd) komandasında çıxış edən Roqak hər iki qarşılaşmadan gözləntilərinin böyük olduğunu bildirib.

Roqak bunu milliyə ilk dəfə dəvət alması ilə əlaqələndirib: “Yığmaya çağırıldığım üçün çox şadam. Mənə şans verən məşqçilər heyətinə minnətdaram. Yeni baş məşqçi Aleksandr Spiridonla ilk ünsiyyətdəcə məndə yaxşı təəssüratlar oyandı. Spiridon öz işinin peşəkarıdır. Taktika və oyunla bağlı digər məqamları məşqçilər heyəti müəyyənləşdirəcək”.

Milliyə ilk dəfə dəvət alan digər müdafiəçi Valeri Makritski isə bildirib ki, yeni baş məşqçinin Avropada çalışması dərhal hiss olunur: Onun Avropa üslubu var, daha çox hücum futboluna üstünlük verir. Bir çox oyunçu yığmaya gələ bilmədiyindən, çoxlu gənc dəvət edilib. Bu, bizim üçün böyük şansdır. Bununla fəxr etməli və bizi yenə çağırmasından ötrü baş məşqçiyə bütün keyfiyyətlərimizi göstərməliyik”.

Hazırda “Şerif”də çıxış edən 22 yaşlı müdafiəçi Cənubi Koreya və Azərbaycan millilərini hərtərəfli öyrənmək üçün hələlik vaxt tapa bilmədiklərini açıqlayıb: “Lakin bilirəm ki, hər ikisi yaxşı komandadır. Bu oyunlarda hansı səviyyədə olduğumuzu və nəyə qadir olduğumuzu görəcəyik”.

Qeyd edək ki, Moldova millisi Cənubi Koreya ilə yanvarın 27-də, Azərbaycan yığması ilə isə yanvarın 30-da qarşılaşacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp