Masazırda 3 yaşlı uşaq 6-cı mərtəbədən YIXILDI



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yıxılıb. Hadisə ötən axşam saatlarında baş verib. Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xoşbəxtlikdən sağ qalıb.

Valideyn məsuliyyətsizliyi az qalsın ki, uşağın canı bahasına başa gələcəkdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 6 -cı mərtəbədən yığılan 3 yaşlı uşaq ağır xəsarət alıb.

Hadisə Abşeron rayon Masazır qəsəbəsində baş verib. 2014-cü il təvəllüdlü Ağayev Əlmurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindan yerə yıxılıb.

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Ağır xəsarət alan azyaşlı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan özəl klinikalardan birinə köçürülüb.

Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta-ağır olaraq qalır. Hazırda onun müalicəsi davam edir.

Məlumata görə, uşağın anası onu yatan halda evdə qoyaraq mağazaya gedib. Evə qayıdarkən isə ağır mənzərənin şahidi olub. Bu fakt bir daha onu göstərir ki, bu cür azyaşlıları nəzarətsiz qoymaq olmaz. Əks halda faciə qaçılmaz ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
3 yaşlı uşaq 6-cı mərtəbədən YIXILDI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp