“Kəpəz” Türkiyədə şəhidləri yad etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz”in səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib. Təcrübəli mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib. 

Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp