İlin ən innovativ şirkətləri bəlli oldu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“Apple” və “Google” artıq ikinci il ardıcıl olaraq “Boston Consulting Group” tərəfindən tərtib edilən 50 ən innovativ şirkət reytinqinə liderlik edirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, “Microsoft” korporasiyası sözügedən reytinqdə üçüncü yerə yüksəlib. “Amazon” pərakəndə ticarət nəhəngi öz mövqeyini 1 pillə itirərək beşinci yerə yuvarlanıb. “Netflix” şirkəti, həmçinin mövqeyini itirib: 10-cu yerdən 13-cü yerə düşüb.
İlin reytinqinə yeni şirkətlər də daxil edilib. Məsələn, “Uber” şirkəti və “Alibaba” internet mağazası ilk onluğa daxil ediliblər.
Reytinqə əsasən söyləmək olar ki, ən qabaqcıl şirkətlər Şimali Amerikanı təmsil edir. Bu il reytinqdə Avropa şirkətlərinin sayı 10-dan 16-dək artıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin