Huawei sürətli enerji toplama texnologiyası hazırlayıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi “Watt Lab” yeni nəsil sürətli enerji toplama texnologiyası hazırlayıb. Şirkət nümayəndələri iddia edirlər ki, 5 dəqiqə ərzində 3000 milliamper/saat tutumunda akkumulyatorun şarjını 48%-dək doldurmaq mümkündür. Hazırda heç bir smartfon belə sürətli enerji toplamaq imkanına malik deyil.

Milli.Az ICTnews-a istinadən bildirir ki, “Huawei” şirkətinin yeni həlli indi akkumulyatoru yalnız smartfondan ayrı şəkildə enerji ilə doldurmağa imkan verir. Qurğudan çıxarılan batareya kifayət qədər böyük ölçülü xüsusi enerji doldurma blokuna yerləşdirilir.

Belə güman etmək olar ki,  çıxarılıb-taxılan akkumulyatorla təchiz edilmiş smartfonlar dəbi yenidən geri qaytaracaq. Həmçinin şirkət smartfonu əlavə qurğulardan istifadə etmədən enerji ilə doldurmaq üçün yeni texnologiyanı təkmilləşdirməyə davam edəcək.

Xatırladaq ki, ötən ilin əvvəllərində “Meizu” şirkəti 20 dəqiqə ərzində tamamilə enerji toplayan smartfonun işlək prototipini nümayiş etdirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp