Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsınız”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Dövrələrarası fasilədə “Qarabağ”dan Çinin “Xançjou Qrintaun” klubuna transfer olunan Dino Ndlovu instaqram səhifəsi vasitəsilə Azərbaycanla vidalaşıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cənubi afrikalı forvard ölkəmizdə keçirdiyi xoş günlərə görə, Azərbaycan xalqına təşəkkür edib.
O, “Qarabağ”ın daim qəlbində qalacağını bildirib: “Bacarığımı nümayiş etdirmək üçün mənə şərait yaradan “Qarabağ”a, qonaqpərvərliyə və hörmətə görə isə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Siz həmişə qəlbimdə qalacaqsınız”.
Dino “Xançjou Qrintaun”a keçidi barədə də söz açıb: “Klubumu dəyişməyim Allahın işidi. Bunu tək etməmişəm. Həyatımda açılan yeni səhifədə bütün diqqətimi və enerjimi “Xançjou Qrintaun”a yönəldəcəm”.
Qeyd edək ki, Dino Ndlovu “Xançjou Qrintaun”la 2 illik müqavilə bağlayıb. Onun transferi “Qarabağ”a 750 min avro qazandırıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində