Deputat: 20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın azadlığı üçün canlarını fəda edən şəhidlərimizi hər zaman sevgi ilə anacağıq.

Q.Paşayeva Sarıqamışda yaşanan böyük acı, o ağır günlərdə Azərbaycan türklərinin Anadoluda yaşayan qardaş-bacılarımızın yanında olması, eyni zamanda, rus imperiyası tərəfindən Nargin adasına əsir götürülmüş insanlarımızı xilas etmək üçün edilən fəadakarlıqlardan danışıb: “Onlar bizə qardaşlığın örnəyini qoyublar və sonra eynu ruh Çanaqqalada, Bakının erməni daşnakları və arxasındakı güclərdən təmizlənməsi zamanı da davam edib”.

Müsəlman Şərqində ilk Cümhuriyyət quran Azərbaycanın 20-əsrin sonlarında təkrar müstəqilliyini bərpa etməsi, 20 Yanvar barədə danışan Q.Paşayeva deyib ki, topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimiz vacib və önəmlidir: “Bunun üçün isə ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”.

Q.Paşayeva Azərbaycan və Türkiyə “bir millət – iki dövlətdir” deyərək, bu birliyin dosta da, düşmənə də bir mesaj olduğunu söyləyib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp