Bakının mərkəzində yaşayış BİNASINDA YANĞIN



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səhər saatlarında bakıda yaşayış binası yanıb. Dörtmərtəbəli binanın dam örtüyündə baş verən hadisə zamanı sakinlər təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qəfildən başlayan yanğın tez bir zamanda binanın dam örtüyünü ağuşuna alıb.

Hadisə səhər saatlarında paytaxtın Səbail rayonu Neftçilər prospektində “Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisəni görən bina sakinləri dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib. Xilasedicilər əvvəlcə binada yaşayanları təxliyyə ediblər. Daha sonra yanğının söndürülməsi istiqamətində işlər başlanıb.

Külək yanğının qarşısının alınmasınada çətinliklər yaradsa da təxminən bir saat yarımdan sonra yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da mənzillərə ziyan dəyib.

Yanğına binanın damında naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Çünki yanğın yatağı yoxlanılarkən orda qaz borusunun olmadığı məlum olub. Amma hazırda ekspertiza qrupu hadisənin dəqiq səbəblərini araşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp