Bakının mərkəzində bina yanır – Sakinlər təxliyə olundu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
10:17
Bakıda yaşayış binasında yanğın davam edir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub.
——-
09:11
Bakıda yaşayış binasında yanğın başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Azneft” meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Alovun qarşısının alınması üçün tədbirlər görülür.
Milli.Az