Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi: 2 nəfər yaralandı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan “10-ZL-176” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə “Opel” öncə “90-GE-822” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə, ardınca isə başqa bir “Opel”ə çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib, 2 nəfər yaralanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp