Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

Milli.Az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun “20 yanvar” stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları “20 yanvar” stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp