Azərbaycanın ilk şəhidlərindən Mikayıl Babayev



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənmək idi. Xüsusilə,hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.

Bu barədə araşdırma aparan Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdırmaçı Şərafət Şəfa Milli.Az-a məlumat verib.

“Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub. 

Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ilk şəhid kimi Ulu Öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib.”Azadlıq” sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dubinkalarla ilk qətliam edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq. Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədi. Mikayıl Babayev 1989-cu il dekabrın 20-si şəhidlik zirvəsinə ucalıb. O,gündən anası Həcərin gözləri tutulub. Aldığımız məlumata görə bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb”.

QEYD: Mikayıl Babayev Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayılarıdır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp