“Azərbaycan yığması bizimlə bərabər səviyyədədir”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Adətən, istirahətdən sonra məşqlər çətin olur. Biz də belə halla üzləşdik. Çoxlu çalışmalı, uzunmüddətli istirahətdən sonra yaxşı nəticəyə nail olmaq üçün daha yaxşı hazırlaşmalıyıq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Moldova millisinin futbolçusu Aleksandr Dedov yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.

Hazırda “Milsami” klubunda çıxış edən 29 yaşlı hücumçu yeni baş məşqçi Aleksandr Spiridon barədə çox yaxşı təəssüratlarının formalaşdığını bildirib:

“Təcrübəli olduğu göz qabağındadır. Ümidvaram ki, onun dediklərindən və etdiklərindən ən yaxşılarını özümüzə götürəcəyik və bunlar bizim xeyrimizə olacaq”.

Dedov Cənubi Koreya və Azərbaycan milliləri barədə fikirlərini də bölüşüb:

“Cənubi Koreya barədə bildiklərim azdır. Azərbaycanla isə artıq oynamışıq. Təxminən bizimlə bərabər səviyyədə olan yaxşı komandadır. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!”

Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Bu komandalar arasındakı son oyun 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Həmin görüşdə Aleksandr Dedov sonadək meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp