Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov növbəti görüşün fevralın 20-dən sonra keçiriləcəyini bildirib.

Nazir müavini qeyd edib ki, əvvəlcə komissiya sədrləri və ekspertlər səviyyəsində geniş müzakirələr aparılacaq: “Görüş Bakıda olacaq, sonra isə Rusiya ilə sərhəd zonasında sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək”.

Gürcüstanla sərhədlərin delimitasiyasına gəlincə, X.Xələfov bununla bağlı görüşün tarixin hələ məlum olmadığını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp