Alcatel 3C smartfonu təqdim olundu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada “Alcatel 3C” smartfonunu təqdim edib. Qiyməti 130 avro təşkil edən smartfon Avropada ən ucuz çərçivəsiz smartfonlardan biri hesab edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, “Alcatel 3C” “HD+” (720 x 1440 piksel) təsvir ölçülü 6 düym diaqonallı “IPS” ekran, arxa paneldə barmaq izi skaneri, 5 meqapikselli ön və 8 meqapikselli əsas kameralarla təchiz edilib. Qurğunun aparat əsasını dördnüvəli “MediaTek MT8321” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabərdir.

Bundan başqa, iki SİM kartdan istifadə, “HSPA+” (LTE deyil), “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2”, “GPS” dəstəklənir. Ölçüsü 161 x 76 x 7,9 mm təşkil edən smartfon “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp