Ağcabədi sakininin evindən silah-sursat tapıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ağcabədi sakininin evindən silah-sursat aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında rayon sakini Aslan Rüstəmzadənin evinə baxış keçiriblər.

Evdən 1 ədəd “Makarov”, 1 ədəd “Reck-Cobra” markalı qaz tapançaları, 44 ədəd travmatik patron, 2 qandal və 1 ədəd nunçaqi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp