89 idmançı həkimi təcavüzlərdə suçladı – Amerikada qalmaqal – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idman gimnastikası üzrə çempion olmuş amerikalı Cordin Uiberin dediyinə görə, komandanın sabiq baş həkimi Larri Nassar ona təcavüz edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ümumiyyətlə isə L.Nassarı 89 qadın idmançı təcavüzlərdə suçlayıblar.

“Düşünürdüm ki, Olimpiadaya hazırlaşmaq həyatımın ən ağır işi olacaq. Lakin Larri Nassarın təcavüzün qurbanı olmaq daha ağırdır. Hələ də anlaya bilmirəm ki, onun çirkin əməllərinə niyə uzun müddət göz yumulub. Susduğuma görə özümə sinirlənirəm. Bu əməllərə görə məsuliyyət daşıyan insanlar hesab verməlidir”, – C.Uiber məhkəmədə deyib.

Ötən ilin dekabrında məhkəmə L.Nasaarı kompüterində uşaq pornoqrafiyası saxladığına görə 60 il müddətinə azadlıqdan məhrum edib. O, amerikalı gimnastlar Simona Bayls, Ceymi Dansşer, Qebriel Duqlas, Eli Raysman və Makkeyl Maroniyə də təcavüzdə ittiham olunur.

Hazırda ABŞ-ın Miçiqan ştatında Larri Nassarın məhkəməsi davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

89 idmançı həkimi təcavüzlərdə suçladılar - Amerika idmanında qalmaqal

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp