20 yanvarda törədilən qırğın hərbi cinayətdir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

1990-cı ildə Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olan və bu yolda canını əsirgəməyənlər əsla unudulmayacaqlar.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin “Bölgepostası” qəzetinin baş redaktoru, “Milat” qəzetinin köşə yazarı Ufuk Çoşkun bildirib.

U.Çoşkun qeyd edib ki, 1990-cı ildə sovet ordusu Bakıda dinc vətəndaşlara qarşı misli görülməmiş qanlı qırğın törətdi:

“Sovet ordusunun dinc insanlara qarşı törətdiyi qırğın hərbi cinayətdir. Türkiyə hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarının bu ağrılı günündə də onlarla bir yerdə olacaq”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp