20 yanvar hadisələrində dənizçilərin şücaəti



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

20 yanvar hadisələri zamanı Azərbaycan dənizçiləri də böyük şücaət nümayiş etdiriblər. Sovet ordusunun bakıya girməsinə etiraz olaraq 102 iri gəmi bakı buxtasında toplaşıb , rus gəmilərinin buxtaya yan almasının qarşısını alıb və eyni anda sos siqnalı veriblər. Dənizçilər xüsusi əlaqə vasitəsi olan radioqramlar vasitəsi ilə hadisə ilə bağlı dünya ölkələrini məlumatlandırmagı ıda bacarıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  1990- cı ilin 20 yanvarında Bakı buxtasına eyni anda 102 iri və onlarla xırda gəmi toplaşdı. Buna səbəb Sovet ordusunun Bakıya girərək dinc əhaliyə qarşı törətdiyi qırğınlara etiraz etmək və hərbi gəmilərin buxtaya girişinin qarşısını almaq idi.

Təcili olaraq 7 kapitandan ibarət ”Kapitan Şurası” yaradıldı və bütün gəmilərdən eyni vaxtda sos siqnalı verildi.

Gəmilərdə olan xüsusi radioqram vasitəsi ilə rus, ingilis və azərbaycan olmaqla 3 dildə hazırlanan mətn 4 dəfə dünya gəmilərinə çatdırıldı.

SOS siqnalından sonra 50-dən çox ölkənin dənizçiləri hadisə ilə bağlı öz ölkələrinə məlumat veriblər. Bu hadisə dünya dənizçilərinin həmrəylik nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşüb.

Həmin vaxt SSRİ müdafiə nazirinin müavini admiral Sidorov Bakı Buxtasını boşaltmaq əmrıni versə də dənizçilərimiz buna məhəl qoymayıb öldürülən insanların hərbi gəmilər vasitəsi ilə Bakıdan çıxarılmasının qarşısını alıblar.

Bütün çətinliklərə baxmayaraq Azərbaycan dənizçiləri günahsız insanları qətlə yetirən cinayətkarların istəyinə çatmasına imkan verməyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp