“Utanıram, narahat oluram” – Yaşar Yusub etiraf etdi – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Yaşar Yusub olub.

Milli.Az xəbər verir ki, bir ara qardaşı ilə bərabər musiqi dərsi verib zamanının bir qismini buna həsr edən müğənni indi vaxtının olmamasından o ki var şikayətləndi:

“Heç gözləmədiyim bir sual idi. Çünki bu işdən bir az uzaqlaşmışıq. İkimizin də vaxtımız olmur. Anarın da işləri çoxdur, mənim də işlərim çoxdur. Anar artıq solo karyeraya başlayıb. Hələ ki bu dərs məsələsini ertələmişik. Dərs vermə tam bitməyib, hələlik dondurmuşuq”.

Hər zaman qardaşı Anara dəstək olduğunu deyən müğənni onun da bu sahəyə kifayət qədər marağının olduğunu söylədi:

“Anara dəstək olmağa çalışıram. Ancaq özü də bu gün kanallardan dəvətlər alır, gedir, çəkilir, mahnılar ifa edir. O adam dayanmır, daim öz üzərində çalışır. Yeni mahnılar çıxarmağa həvəslidir. Təbii ki, mən də qardaşı olaraq, əlimdən nə gəlirsə, etməyə hazıram”.

Sənətçi, şəxsi həyatını gün üzünə çıxarmaqdan utandığını bildirib:

“Şəxsi həyatı gündəmə gətirməyi sevmirəm, olmaz. Çünki şəxsi həyat şəxsidir. Düzdür, İnstaqram-da bir-iki dəfə övladımın şəklini paylaşdım. Onu da sonra sildim. Ona görə ki, utanıram, narahat oluram ki, niyə?”

Efirdən ismarış göndərməyin düzgün olmadığını diqqətə çatdıran müğənni bu üsulla gündəm yaradanları da qınaq atəşinə tutdu:

“2008-ci ildə idi ki, mən çıxım sənin haqqında danışım, sən çıx mənim haqqımda danış söhbətləri var idi. Bununla da gündəm yaranırdı. Belə düşüncələrin tərəfdarı deyiləm. Əgər bir insanın sözü varsa, telefonla  sözünü ona çatdıra bilər. Düşünürəm ki, hansısa problem olanda və ya hansısa xoş söz söyləmək ehtiyacı yarananda bunu efirdən sahibinə ünvanlamaq düzgün deyil, aqressiv olmağa gərək yoxdur”.

– Yaşar, idmanla məşğul olursanmı? Hər halda sənət adamı formasına diqqət etməlidir:

“İki həftədir ki, başım qarışıq oldu. Çalışıram ki, formamı normal saxlayım. Bizdə qarınlı kişi müğənnilər çoxdur. Nə olsun ki, Azərbaycanda fəaliyyət göstəririk. Bura Avropa, Türkiyə və ya Rusiya deyil. Burada da gözəl bədən quruluşana sahib kişi və qadın müğənnilər olmalıdır”.

Yaşar Yusub son olaraq yeni mahnısı və həmin ifaya çəkilmiş videoroliklə bağlı eksklüziv açıqlamalar etdi:

“Yeni mahnım işıq üzü gördü. Onun klipini yox, video-çarxını çəkmişik. Mənə də yeni göndəriblər. Mahnının söz və musiqisi mənə aiddir. Klipi isə Əhməd Əli çəkdi”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Utanıram, narahat oluram" - Yaşar Yusub etiraf etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp