UNİKAL YENİLİK – Bu ayaqqabıları geyinənlər…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Almaniyanın Nəqliyyat Sistemində daha bir yenilik insanların marağına səbəb olub.

Milli.Az xəbər verir ki, ölkənin paytaxtı Berlində nəqliyyatın idarə sistemində metropolitenin elementləri ilə dizayn olunmuş illik gediş bileti kimi istifadə edilən idman ayaqqabıları hazırlanıb.

Sözügedən idman ayaqqabıları yanvarın 16-dan etibarən satışa buraxılıb. İlkin olaraq sadəcə 500 cüt ayaqqabı satışa çıxarılıb. Buna baxmayaraq, ayaqqabı əldə etmək istəyən insanların sayı kifayət qədər çox olduğundan, böyük izdiham yaşanıb. Ayaqqabıların ilkin qiyməti 180 avro təyin edilib.

Ayaqqabılar cari ilin yanvar ayının 16-dan dekabr ayının 31-nə qədər istifadə edilə bilər. Bundan vətəndaşlar Berlində istənilən ictimai nəqliyyat vasitəsində istifadə edə bilərlər.

“Sniker” adlanan ayaqqabılar krossovka modelində hazırlanıb. Ked və krossovkanı xatırladan “snikerlər” Moskvada istifadəyə verilən “üçlü” funksiyaya malik qolbaq, üzük və brelokları xatırladır. (publika.az)

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp