“Türkiyə Afrində hərbi əməliyyatlara başlayacaq”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Türkiyə Afrində əməliyyatlara tərəddüdsüz başlayacaq və orada terrorçuları tamamilə məhv edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir qeyd edib ki, gün keçdikcə Türkiyənin təhlükəsizliyi üçün təhdid riski artır: “Türkiyə öz vətəndaşlarını və sərhədlərini qorumalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində PYD və YPG mövqelərinə zərbələr endirib. İlkin məlumatlara görə, 30-dan çox terrorçu zərərsizləşdirilib.
Milli.Az