Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Şamaxıda qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp