Sabah “ASAN xidmət”də qeyri-iş günü olacaq
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri – iş günü olacaq.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlik bildirir ki, 21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Milli.Az