Roma Papasının Peruya səfəri başlayıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Roma Papası Fransiskin Peruya səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava limanında Roma Papasını Peru prezidenti Pedro Kuçinski qarşılayıb. Cümə günü, yanvarın 19-u, Roma Papası Puerto-Maldonado şəhərini ziyarət edəcək və Amazoniya millətləri ilə görüşəcək. Daha sonra o Lima şəhərinə qayıdacaq və ölkə prezidenti ilə görüşəcək.

Yanvarın 20-də Roma Papapsı Truhilio şəhəri ziyarət edəcək, yanvarın 21 isə Limada messada iştirak edəcək və Vatikana qayıdacaq.

Qeyd edək ki, Roma Papası Fransisk Peruya Çiliyə üçgünlük səfərdən sonra gəlib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp