Qasırğa Avropanı “yasa batırıb” – 10 ölü



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ötən gündən Avropada tüğyan edən qasırğa nəticəsində həyatını itirənlərin sayı artmaqdadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, Niderlandda 3 adam qasırğanın qurbanı olub, daha bir nəfər isə xəsarət alıb.

Belçikada isə küləyin aşırdığı ağac avtomobilin üzərinə düşüb və maşındakı adam ölüb.

Almaniyada isə ölənlərin sayı 6 nəfər qeydə alınıb, onlardan ikisi qasırğa ilə əlaqədar xilasetmə işlərində iştirak edən yanğınsöndürən şəxs olub.

Qasırğa eləcə də, avtomagistral və dəmir yollarında hərəkəti məhdudlaşdırıb. Bəzi aeroportlarda aiareyslər təxirə salınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp