Qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülərək bıçaqlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Sumqayıt şəhərində ailə münaqişəsi zəminində kişi öz həyat yoldaşını döyərək bıçaqlayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyeva Ulduz Nazim qızı yaşadığı ünvanda vəhşicəsinə döyülərək bıçaqlanıb. Zərərçəkmişin dediyinə görə, hadisəni onun həyat yoldaşı törədib. Kişi əvvəlcə saxsı qabla qadının başını yarıb, ardınca onu sağ qolundan bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp