“Qərbin məqsədi Türkiyəni parçalamaqdır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Qərbin son məqsədi Türkiyəni parçalamaqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçunun sözlərinə əsasən, “ərəb baharı” bir sıra müsəlman ölkələrində radikalizmin artmasına səbəb olub ki, bu da, əslində, qərbin əsas məqsədidir:

“Bu gün radikallar iddia edirlər ki, guya əsl islamı təmsil edirlər, lakin onların islamla heç bir əlaqəsi yoxdur”.

Prezidentin köməkçisi qeyd edib ki, Türkiyə qərbin planına mane ola biləcək yeganə ölkədir:

“Türkiyə həmişə bütün radikal və terror təşkilatları ilə fəal mübarizə aparacaq. Ümumiyyətlə, radikallarla, terror təşkilatları ilə, o cümlədən PKK ilə mübarizə onlar tam məhv edilənə qədər aparılacaq”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp