Portuqaliyalı məşqçi: “Azərbaycanda gimnastikanın inkişafı üçün bütün şərait yaradılıb”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Gimnastika Federasiyası (AGF) gimnastlara və gimnastikanın inkişafına böyük diqqət göstərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kurslarında təlim keçən FIG-in mütəxəssisi Franca Lourenso (Portuqaliya) deyib.

F.Lourenso bildirib ki, Azərbaycanın gimnastika sahəsində böyük nailiyyətləri var və Azərbaycan gimnastları xeyli inkişaf edib: “Azərbaycanın gimnastika sahəsində nəticələri sevindiricidir. Mən ilk dəfə Azərbaycana Birinci Avropa Oyunları zamanı Portuqaliya milli komandasının məşqçisi kimi gəlmişdim. O vaxtdan indiyə qədər gimastika xeyli inkişaf edib”.

F.Lourenso Azərbaycanın gimnastika məşqçilərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib: “Azərbaycanda gimnastika məqçilərinin peşəkarlıq səviyyəsi xeyli inkişaf edib və onlar çox motivasiyalıdır. Bu təlim nəticəsində məqşçilərin peşəkarlıq səviyyəsi daha da yüksələcək və bu, daha yaxşı məşqçi, daha yaxşı gimnast deməkdir. Məşqçilər öz üzərlərində işləməkdə davam etsələr, təbiidir ki, onların peşəkarlıq səviyyəsi getdikcə daha da yüksələcək”.

F.Lourenso vurğulayıb ki, FİG Azərbaycanda bu cür nəticələri görməkdən çox məmnundur: “Azərbaycanda gimnastların məşqləri üçün də hər cür şərait yaradılıb”.

Qeyd edək ki, Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları keçirilir. Nəzəriyyə və təcrübə hissələrindən ibarət kurslarda biomexanika, anatomiya və psixilogiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Marqus Da Silva Franca Lourenso Adalberto (Portuqaliya) tərəfindən keçirilir.

Yanvar ayının 23-nə qədər davam edəcək kurslarda 10 yerli məşqçi ilə yanaşı, Misirdən gəlmiş 3 məşqçi də iştirak edir. İmtahanlardan uğurla keçmiş nümayəndələr məşqçilik üzrə ilkin – 1-ci beynəlxalq dərəcəyə sahiblənəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp