Papa xeyir-dua verdi, üzr istədi, ağladı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Roma Papası 1-ci Fransiskin Çiliyə rəsmi səfəri kütləvi etiraz aksiyalarına və iğtşaşlara səbəb olub. Səbəb ölkədə 80 katolik keşişin uşaqbazlıq etməsi ilə bağlı məsuliyyətə cəlb olunmasıdır.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, keşişlərin təcavüz etdikləri, yetkinlik yaşına çatmamış şəxslər illərdən bəri polisə şikayətlənsələr də, onları dinləyən olmayıb.

Roma Papasının Çilinin paytaxtı Santyaqoya səfərindən üç gün əvvəl şəhərdəki 3 katolik kilsəsinin yaxınlığında partlayışlar olub. Yayılmış vərəqlərdə deyilir: “Növbəti bombanı Papa öz paltarında tapacaq”.

Roma Papası 1-ci Fransisk İkike şəhərində olarkən təhlükəsizliyi təmin edən süvari polislərdən biri atdan yıxılıb. Pontifik “papamobil”i saxlatdırıb, maşından düşüb və yıxılmış qadın zabitə yardım edib.

Daha sonra o, polislə söhbətləşib, hadisə yerinə çağırılan təcili yardım maşınını gözləyib.

Daha sonra pontifik Çilinin paytaxtı Santyaqoya yollanıb.

Şəhərdəki La Moneda prezident sarayında o, dövlət başçısı Mişel Baçeletlə görüşüb. Görüşdən sonra Papa keşişlərin təcavazlərinə məruz qalmış şəxsləri qəbul edib. Bu şəxslərdən üzr istəyən pontifik “ağrı və utanc hiss etdiyini” söyləyib.

Vatikanın mətbuat xidmətinin rəhbəri Qreq Berk bağlı qapılar arxasıda keçmiş görüş barədə belə deyib: “Görüşün təfərrüatları barədə danışa bilmərəm. Orada yalnız təcavüz qurbanları və Papa vardı. Pontifik onları dinlədi, ürək-dirək verdi, sonra bu insanlarla birlikdə ağladı”.

O-Hiqqins parkındakı messada 400 min insan iştirak edib.

Papanın Çiliyə apostol səfəri Santyaqodakı kafedral kilsədə din xadimləri ilə görüşlə başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Papa xeyir-dua verdi, üzr istədi, ağladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp