Papa təyyarədə nikah kəsdi – İlk dəfə



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Roma Papası 1-ci Fransisk dünyada ilk dəfə olaraq təyyarədə nikah kəsib.

Çilinin paytaxtı Santyaqodan İikikeyə yollanarkən təyyarədə Papaya stüardlar, 41 yaşlı Karlos Çuffardi və 39 yaşlı Paula Podest yaxınlaşaraq evlənmək niyyətində olduqlarını deyiblər, pontifikdən xeyir-dua istəyiblər.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Karlosla Paulanın dediklərinə görə, 8 ildən bəri qeyri-rəsmi nikahda yaşayırlar. Onların iki övladı – 6 yaşlı İzabella və 3 yaşlı Rafaella – var.

“Santyaqoda nikahımızı rəsmiləşdirmək istədiyimiz kilsə 2010-cu ildə zəlzələdə darmadağın olub”, – Karlos Çuffardi söydəyib.

Papa onları dinləyib və soruşub: “Evlənmək istəyirsiniz? Əminsiniz?” Daha sonra Papa nikah kəsib.

Karlosla Paula reysi həyata keçirən aviaşirkətin blankında nikah şəhadətnaməsini imzalayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp