Olimpiya çempionunun məşqçisi: “Gənc azərbaycanlı gimnastların yaxşı hazırlıqları var”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Gənc azərbaycanlı gimnastlarda yaxşı baza hazırlığı, duruş və gələcək üçün güc ehtiyatı var.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) kişi idman gimnastikası üzrə məşqçilər üçün Bakıda keçirilən birinci dərəcəli kurslar çərçivəsində polşalı olimpiya çempionu Leşek Blyanikin məşqçisi Andrey Levit deyib.

O, məşqçilik kursları haqqında da danışıb: “Məşqçilər nəzəri və praktiki hazırlıq keçir, daha sonra imtahan verir. FIG xüsusi olaraq məşqçilər üçün bu kursları təşkil edib ki, onlar yeni texnikanı başa düşsünlər. FİG-in tərkibində məşqçilərin, hakimlərin və menecerlərin tədrisi ilə məşğul olan struktur var. Bu strukturun fəaliyyəti çərçivəsində də Bakıdakı məşqçilik kursları keçirilir”.

A.Levit qeyd edib ki, Azərbaycanda perspektivli gənc məşqçilər var: “Əsas odur ki, onlar öyrənmək istəyir, onlara yeniliklər maraqlıdır, biz müzakirələr aparırıq. Gənc idmançıların gözlərində alov var”.

Qeyd edək ki, Bakıda AGF-nin yerli məşqçilər üçün təşkil etdiyi Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 1-ci dərəcəyə aid məşqçilik kursları keçirilir. Nəzəriyyə və təcrübə hissələrindən ibarət kurslarda biomexanika, anatomiya və psixilogiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Marqus Da Silva Franca Lourenso Adalberto (Portuqaliya) tərəfindən keçirilir.

Yanvarın 23-nə qədər davam edəcək kurslarda 10 yerli məşqçi ilə yanaşı, Misirdən gəlmiş 3 məşqçi də iştirak edir. İmtahanlardan uğurla keçmiş nümayəndələr məşqçilik üzrə ilkin – 1-ci beynəlxalq dərəcəyə sahiblənəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp