Odessada atışma – Ölən var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ukraynanın Odessa şəhərinin mərkəzində atışma baş verib, hücum edən şəxs ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə nəticəsində bir neçə polisin yaralandığı bildirilir. Odessa vilayətinin Milli Polis Şöbəsinin baş idarəsindən bildiriblər ki, atışma bu gün səhər saatlarında baş verib.

“112 Ukrayna”nın verdiyi məlumata əsasən polisin Primorsk rayon üzrə sahə müfəttişinin iştirakı ilə əməliyyatçılar uzun illər axtarışda olan cinayətkarın gizləndiyi evə gəliblər. Lakin o, odlu silahla müqavimət göstərib və sahə müvəkkilini yaralayıb. Polis əməkdaşları silaha əl atıblar və hadisəni törədən şəxs ölüb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp