Nəzrin: “Sovet dövründə böyümüşəm, belimdə xətkeş qırılırdı”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə “Women’s Fitness” jurnalının yeni sayı üçün obyektiv qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nəzrin özüylə bağlı sualları cavablandırıb:

– Fanatlarınıza görə, cəsarətli, seksual və özünüzdən razısınız. Bu, belədir? 

– Bu imici çox sevirəm. Çünki bu, üzərimə geyindiyim “pencəkdir”. Amma əsl Nəzrin də bu deyil. Çünki bu imicdən, sadəcə, xoşum gəlir. Bu imic sayəsində həm özümə güc verirəm, qorxularımın üzərinə gedirəm, həm də qadınlara təsir etdiyimi düşünürəm.

– Seksual görünməkdən narahat olduğunuz zamanlar olub? 

– Heç vaxt. Qadın kimi o qədər sıxışdırılmışıq, hara baxırsan, senzuradır. Feminist olmaq çox gözəl bir şeydir. Qadınlar qadınlıqlarına sahib çıxmalıdırlar, bundan qorxmamalıdırlar. 

– Sizi digər aktrisalardan fərqləndirən nədir? 

– Mən öz nəslimin ən gözəl qadınlarından biriyəm. Bu da işgüzar olmağımla bağlıdır. Mən Sovet İttifaqında doğulmuşam və böyümüşəm. Balet müəllimim belimdə xətkeş sındırırdı. Çox intizamlı uşaqlığım olub. Bu cür təhsil sisteminə öyrəşdiyim üçün özümə və iradəmə nəzarət edə bilirəm. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp