Mübariz Mənsimovun daha bir tankeri saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Palmali Dənizçilik Şirkətinə” məxsus “Ağsu” adlı yük tankeri Danimarkanın Kalundborq limanında saxlanılıb.

Milli.Az “qafqazinfo“-ya istinadən xəbər verir ki, tanker yanvarın 11-də limana çatdıqdan sonra Danimarka müfəttişləri tərəfindən yoxlamalara başlanılıb.

Araşdırmalar nəticəsində tankerdə texniki əskikliklər üzə çıxıb və səfərə çıxmasına icazə verilməyib.

Qeyd edək ki, 150 metr uzunluğu və 17 metr eni olan “Ağsu” yük tankeri 2008-ci ildə “Palmali” tərəfində hazırlanıb və hazırda mərkəzi Rusiyada yerləşən “Pal Shipping Trader Three” şirkətinin mülkiyyətindədir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp