“Həmin gündən “Arsenal”a nifrət edirəm”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Arsenal”ın sabiq hücumçusu Emmanuel Adebayor 2009-cu ildə “Mançester Siti”yə keçməyinin səbəbini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, toqolu forvard əsas səbəbkar kimi komandanın baş məşqçisini göstərib. O, Venqerə görə, hələ də “topçular”a nifrət etdiyini gizlətməyib.

“Arsen Venqerlə öz ofisində görüşdük. O, mənə dedi ki, mənə etimad göstərmədiyindən klubu tərk etməliyəm. Qalmaq istədiyimi bildirdim. Venqer cavab verdi ki, mənim heç bir şansım yoxdur. Ya başqa kluba getməliyəm, ya da “Arsenal”da qalıb oynamayacam. “Mançester Siti”yə getməkdən başqa çarəm qalmamışdı. Orda çox xoşbəxt idim. Transferin növbəti günü Venqer dedi ki, başqa kluba keçməyi mən xahiş etmişəm. Guya pula görə “Siti”nin təklifinə razılıq vermişəm. Həmin gündən “Arsenal”a nifrət edirəm.

Bu, azarkeşlərə aid deyil. Onlar İngiltərədə mənə dəstək verirdi. Hətta indi də “Arsenal”ın oyunlarına baxanda azarkeşlərə görə onların qalib gəlməsini istəyirəm. Eyni zamanda daxilimdəki güclü qəzəb onların məğlub olmasına tərəfdar çıxır”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp